Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün istifadəçilər, ilk növbədə ekabinet.dim.gov.az saytında öz “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Şəxsi kabinetin yaradılma və istifadə qaydası ilə buradan tanış ola bilərsiniz.
Ödəniş xidmətləri
Vətəndaşların “Şəxsi kabinet” yaratdıqdan sonra ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var:
1. Vətəndaşlar ödənişi bank kartı vasitəsilə onlayn şəkildə “ hesab.az ” (Təhsil → DİM), “ e-pul .az ” (Təhsil → DİM), “ kommunal.az ” (Təhsil → DİM) ödəniş sistemləri və ya “ yelo.az ” saytı vasitəsilə apara bilərlər.
2. Banklara məxsus mobil tətbiqlərdən istifadə etməklə şəxsi kabinetə ödəniş etmək mümkündür. Bunun üçün tətbiqdə “Təhsil”-> “Dövlət İmtahan Mərkəzi” (bəzi banklara məxsus mobil tətbiqlərdə isə “Hökumət ödənişləri” -> “Dövlət İmtahan Mərkəzi”) bölməsinə daxil olmaq lazımdır.
3. Banklara məxsus ödəniş terminalları və ya poçt şöbələrində olan e-GovPay ödəniş terminalları vasitəsilə də nağd şəkildə “Şəxsi kabinet”in hesabına vəsait əlavə etmək mümkündür.
QEYD: Ödəmə əməliyyatı uğurlu həyata keçibsə, şəxsi kabinetin “HESAB” bölməsində ödənilən məbləğ görünür.